Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.
“İki sahil” xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub