“Milli komandaya məşqçi seçimi zamanı bir neçə meyara fikir verilir”.
“İki sahil” xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında deyib.
O, yerli mütəxəssislərə də güvəndiklərini bildirib: “Ayxan Abbasovun U-21 yığmasına təyinatı da bunu göstərir. Qarşıya qoyulan hədəflərə çata biləcək mütəxəssislərə qapımız hər zaman açıqdır”.