11 aprel 2025 14:16
331

Azərbaycanda “Barselona” Futbol Akademiyası layihəsinə başlamaq üçün son detallar dəqiqləşdirilir

AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında Azərbaycanda "Barselona" Futbol Akademiyasının yaradılması ilə bağlı danışıb.

“İki sahil” xəbər verir ki, o, layihənin icrasına başlanılması üçün son detalların İspaniya klubu tərəfindən dəqiqləşdirildiyini bildirib: “Layihənin əsas məqsədi “Barselona”nın uşaq futbolunun inkişafı üçün gördüyü işləri Azərbaycan futbolunda həyata keçirməkdir”.