11 aprel 2025 21:02
311

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, o, yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryanla qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən güləşçimiz ən azı gümüş medalı təmin edib.