Misli Premyer Liqasında 30-cu tur davam edir.
“İki sahil”in məlumatına görə, 2-ci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə 4-cü pillədəki "Turan Tovuz" 5-ci sıradakı "Sabah"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
Əvvəlki 3 dövrədə bu komandalar arasındakı oyunlarda 1 dəfə "Sabah" qalib gəlib (2:1), 2 dəfə heç-heçə qeydə alınıb (2:2, 1:1).
Günün digər matçında 7-ci yerdəki "Sumqayıt" 8-ci pillədəki "Şamaxı" ilə qarşılaşacaq. Bu görüş isə saat 19:15-də start götürəcək.
Əvvəlki 3 dövrədə bu komandalar arasındakı oyunlarda 1 dəfə "Sumqayıt" qələbə qazanıb (2:1), 2 dəfə isə "Şamaxı" qalib gəlib (1:0, 1:0).
Misli Premyer Liqası,
30-cu tur
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
19:15. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu