Azərbaycan Mərkəzi Bankı ötən il təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yeni normativin tətbiqini planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu qurumun sədrinin I müavini Əliyar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bu normativ "xalis sabit maliyyələşmə nisbəti"dir.
"Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Bu tətbiq bank sektorunun sabit, uzunmüddətli maliyyələşməsinin təşviq edilməsinə, likvidlik mövqeyinin daha uzunmüddətli planlaşdırılmasına, bununla da likvidlik risklərini daha effektiv idarə edilməsinə xidmət edəcək", - deyə sədr müavini qeyd edib.
WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb
Qırğız ekspert: WUF13 Bakının beynəlxalq şəhərsalma platformasında mövqeyini daha da gücləndirir