15 aprel 2025 18:10
141

Əhalinin yaxın 5 ildə gəlirləri və xərcləri üzrə proqnozlar

2029-cu ildə Azərbaycan əhalinin gəlirlərinin 123 milyard manata, xərclərinin isə 119,4 milyard manat çatması gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, 2026-cı ildə əhalinin gəlirləri 97,9 milyard manat, xərcləri 95,3 milyard manat, 2027-ci ildə əhalinin gəlirləri 105,7 milyard manat, xərcləri 102,8 milyard manat, 2028-ci ildə əhalinin gəlirləri 113,9 milyard manat, xərcləri 110,7 milyard manat olacaq.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan əhalisinin nominal gəlirləri 83 milyard 093,4 milyon manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 6,4 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 8 144 manata çatıb.