16 aprel 2025 14:33
284

I kurs tələbəsi vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Balaxanım Əliyeva vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb. 

Tələbənin universitetin Kimya və biologiya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə təhsil aldığı bildirilir.