23 may 2025 08:03
89

Ağdam sakini: Vətənimə, ata yurduma qayıtdığım üçün çox xoşbəxtəm

“Vətənimə, ata yurduma qayıtdığım üçün xoşbəxtəm. Qarabağın hər guşəsindən bir parça torpaq götürmək mənim üçün böyük fəxrdir. Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağdam rayonunun Kəngərli kəndinə köç edən Davud Nəbiyev deyib.

Musiqi təhsili aldığını deyən Davud Nəbiyev qeyd edib ki, beş ildir bu fəaliyyətlə məşğuldur və təhsilini başa vurur: “Əminəm ki, təhsilimə orada davam edəcəyəm. Orada da Azərbaycan musiqisini dinləyəcəyəm”.