Quba şəhəri və kəndlərində güclü leysan yağışları və qar yağıb. Yağan güclü yağış suları yer səthilə axaraq, bağlara, fərdi təsərrüfatlara, yaşayış evlərinə daxil olaraq, fəsadlara yol açıb. İnsanlar çətinliklərlə üzləşdiklərini bildirirlər.
Güclü sel suları bəzi yerlərdə körpüləri aparıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri baş verən hadisələr barədə məlumatlı olduqlarını, əlaqədar idarə və təşkilatların fəsadların aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiklərini bildirib.
Qeyd edək ki, iki gündür rayon ərazisində aramsız yağıntılar yağır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün