Yevlax–Bərdə dəmir yolu xəttinin və rabitə-siqnalizasiya sisteminin layihələndirilməsinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri, Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Yevlax–Bərdə dəmir yolu xəttinin və rabitə-siqnalizasiya sisteminin layihələndirilməsi işləri davam edir. Yolun bərpası Yevlax–Ağdam dəmir yolu xəttinin fəaliyyətinin təmin edilməsinə töhfə verəcək. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır", - o qeyd edib.
Xatırladaq ki, Yevlax-Bərdə dəmir yolunun uzunluğu 38 km, Yevlax-Ağdam yolunun uzunluğu isə 47,1 km təşkil edir. Bu dəmir yolu Bakı - Böyük Kəsik yolunun Qarabağ qoludur.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub