Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib: "Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2 160-ə qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2 800-ə çatdırılması nəzərdə tutulur".
O bildirib ki, Bakı-Sumqayıt istiqamətində 4 marşrut açılıb: "Gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır".
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub