Bu ilin I rübündə Azərbaycanda vergi orqanlarına ümumilikdə 127 652 müraciət daxil olub.
"İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 96 %-i ərizə, 3,9 %-i şikayət, 0,1 %-i təklif olub, 107 müraciətin icrası nəzarətə götürülüb.
Müraciətlərin 94,3 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 5,7 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 52,4 %-i barədə müvafiq izahat verilib, 46,3 %-i həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 1 113 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.
I rübdə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 202, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 6 vətəndaşı qəbul edib. Qəbul zamanı onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub