Azərbaycan Mərkəzi Bankı (AMB) "myGov" platformasında (my.gov.az) vətəndaşlara xidmət göstərən qurumların siyahısına əlavə olunub, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanı yaradılıb.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik "myGov" vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.
Artıq vətəndaşlar "myGov"da müvafiq siyahıdan AMB-ni seçməklə, müraciətlərini onlayn qaydada quruma ünvanlaya bilərlər.
Vətəndaşlara müraciətlərini AMB-nin veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə alınmasını təmin etmək imkanı da təqdim olunur.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub