Kürdəmirdə yük avtomobilində yanğın olub.
Bu barədə "İki sahil"ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "SCANİA" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib
“ABAD” və Mərakeşin “Sənətkarlar Evi” arasında əməkdaşlıq imkanları müzakirə olunub
“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışı kolbasa məhsullarına nəzarətə həsr olunub - Video