İqtisadiyyat nazir Mikayıl Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə, daşınmaz əmlakın kadastrı və reyestri sahələrində ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb.
Tərəflər ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərini bölüşüblər.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub