Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə ARDNF-nin 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.
Sözügedən dövr ərzində ARDNF-yə “Azəri-Çıraq-Günşəli” yatağından 2001,6 milyon manat, “Şahdəniz” yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olub.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub