Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının onlayn qaydada iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüş keçirilib: “İclasda şirkətin fəaliyyəti, qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”.
"Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd etdik, eləcə də potensial əməkdaşlıq istiqamətləri və birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq",-deyə nazir əlavə edib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub