Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb.
“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan komandoların məzuniyyət tədbirində çıxışında deyib.
O bildirib ki, Türkiyə terrorla mübarizə üçün ortaya qoyulan səylərin nəticəsini görür: “Terrorsuz Türkiyə məqsədimizə çatmaq üçün qardaşlığımızı daha da gücləndirəcək addımlar atırıq. Bu günə qədər böyük səbir, qətiyyət və həssaslıqla prosesi idarə etdik. Terrorsuz Türkiyə məqsədimizə çatanda qarşımızda yeni səhifə açılacaq”.