Şanlıurfa Vilayət Jandarma Komandanlığı Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı – MİT) kəşfiyyatçıları ilə Suriyanın şimalında mühüm əməliyyat həyata keçirib.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, PKK/YPG-nin dırnaqarası önəmli fiqurlarından olan, illərdir təxribat fəaliyyətləri ilə məşğul olan şəxsi təslim olmağa razı salıb.
Türkiyədən təşkilata qoşulan və Suriyaya göndərilən terrorçunun ağır silah təlimi keçərək Suriyanın müxtəlif bölgələrinə təyin edildiyi və təşkilatın təxribatçılarından biri olduğu bildirilir.
Həmçinin terrorçunun Suriyada əməliyyat aparılan bölgədə Türkiyə hərbçilərinə hava hücumu həyata keçirmək məqsədi ilə kamikadze PUA istifadəçisi olduğu müəyyən edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib