17 aprel 2025 20:42
143

Rusiya və Qətər 2 milyard dollarlıq investisiya platforması yaradacaq

Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və Qətər Suveren Fondu (QIA) texnologiya, mineral hasilatı və səhiyyə sahələrindəki layihələrə diqqət yetirməklə 2 milyard dollarlıq investisiya platforması yaradacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə RDIF-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq saziş Rusiya Prezidenti Vladimir Putin və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin iştirakı ilə imzalanıb.

Bu gün Kremldə keçirilən danışıqların yekunlarına görə Rusiya və Qətər nümayəndə heyətləri arasında bir sıra digər sənədlər də imzalanıb.

Qeyd olunur ki, iki liderin danışıqları zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlər, o cümlədən Suriya və Qəzza zolağındakı vəziyyət müzakirə edilib.