Azərbaycanın gömrük orqanları bir tərəfdən ticarəti asanlaşdırmalı, digər tərəfdən isə təhlükəsizliyi təmin etməlidir, bu da mürəkkəb prosesdir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı Bakıda “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib.
"Azərbaycan ötən il 180 ölkə ilə xarici ticarət əməliyyatları aparıb, 11 mindən çox məhsulun ixracı və idxalı həyata keçirilib. Milyonlarla ton yüklərin sərhəddən keçirilməsinə gömrük nəzarəti kənardan sadə proses kimi görünə bilər, amma bu, elə də asan deyil. İl ərzində 69 min hüquqi və fiziki şəxs xarici ticarətlə məşğul olub, 35 mindən çox hüquqpozma faktı aşkarlanıb, həmin şəxslər müvafiq məsuliyyətə cəlb olunublar. Gömrük sərhədini keçən sərnişinlər arasında hüquqpozmaya meyilli insanların sayı az deyil. Bu, ilk növbədə bizim təhlükəsizliyimizə təsir edir", - deyə o qeyd edib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub