18 aprel 2025 18:08
151

İqtisadiyyat nazirinin I müavini Gəncədə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Gəncədə Samux və Göygöl rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, əmlak, vergi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.