Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb.
O cümlədən, Dövlət Xidməti Aparatının ştat vahidi 51-dən 57-yə, regional bölmələri üzrə isə 95-dən 107-yə çatdırılıb.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub