Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə “Şimal” qoşun qruplaşmasının Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları apardığını, ərazinin əsas hissəsinin azad edildiyini məruzə edib.
“İki sahil” xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini Rusiya lideri ilə görüşü zamanı bildirib.
“Şimal” qoşun qruplaşması Ukrayna silahlı qüvvələrinin müdaxilə etdiyi Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları aparır. Müdaxilə edilmiş vilayət ərazisinin əsas hissəsi – 1 260 kv. km, yəni 99,5 %-i hazırda azad edilib. Döyüş əməliyyatlarının getdiyi iki sahə qalıb. Bu, Oleşnya və Qornal yaşayış məntəqələri ərazisidir. Onlar birbaşa Ukrayna ilə sərhəddə yerləşir”, – Gerasimov deyib.