19 aprel 2025 20:34
98

10 nömrəli avtobusun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək  məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.