Bu gündən Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.
“İki sahil” xəbər verir ki, Qırğızıstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən tədbirlə bağlı Azərbaycanın incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər ediblər.
21-25 apreldə baş tutacaq mədəni silsilədə Qırğızıstanın paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.
Məqsəd Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir, davam edən ədəbiyyat və sənət mübadiləsini birləşdirməkdir.
Qeyd edək ki, ötən ilin 23-26 aprelində Azərbaycanda da Qırğız Mədəniyyəti Günləri keçirilib. (Report)
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub