Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Salanq aşırımında yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə “Xinxua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil dörd nəqliyyat vasitəsinə çırpılıb.
Salanq Xidmət İdarəsinin rəisi Fəzal Rəbinin sözlərinə görə, hadisə nəticəsində iki sərnişin yerindəcə ölüb, 11 nəfər yaralanıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.