22 aprel 2025 12:12
145

Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb - VİDEO

Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında - "Müqəddəs Marfa" evində onunla vida mərasimi başlayıb.

“İki sahil” xəbər verir ki, mərasimdən fotoşəkillər Vatikanın rəsmi KİV-I tərəfindən dərc edilib.

Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi, onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilib.

Dəfn mərasiminin şənbə günü, aprelin 26-da keçiriləcəyi gözlənilir. Vatikan qaydalarına görə, pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir.

Qeyd edək ki, Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.