2024-cü il ərzində Hesablama Palatası tərəfindən həyata keçirilmiş 26 nəzarət tədbirinin nəticəsi əsasında 16 dövlət qurumuna ümumilikdə 50 məlumat və tövsiyə təqdim edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin aprelin 22-də keçirilən plenar iclasında “Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, tövsiyələr əsasən kənd təsərrüfatında maliyyələşmə, büdcədənkənar fondların investisiya fəaliyyəti, ətraf mühitin mühafizəsi və dövlət satınalmaları üzrə hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı olub. Həmçinin büdcə münasibətləri və dövlət investisiyalarının monitorinqi ilə bağlı qanunvericiliyə dəyişikliklər üçün təkliflər də aidiyyəti qurumlara təqdim edilib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb