Ermənistan parlamentində hakim və müxalif partiyanın deputatları arasında dava düşüb.
“İki sahil” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə parlamentin bugünkü iclası zamanı qeydə alınıb.
Belə ki, parlamentin spikeri Alen Simonyan müxalif “Hayastan” fraksiyasında daxili çəkişmənin olduğunu və fraksiyanın digər üzvlərinin Daşnaksütyun mövqeyinə “əsir düşdüyünü” deyib.
Bunun ardınca deputatlar arasında gərginlik yaranıb və dava düşüb.
Nəticədə A.Simonyan təhlükəsizlik qüvvələrini iclas zalına çağırmalı olub və daha sonra 20 dəqiqəlik fasilə elan edib.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib