Rumıniyanın nüfuzlu “News Buzau” qəzeti Neft Daşları barədə “Neft Daşları – Dənizdə qurulmuş unikal şəhər” sərlövhəli məqalə dərc edib.
Məqalədə bildirilib ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən Neft Daşları dünyada neft platformaları üzərində qurulmuş yeganə şəhər kimi tanınır. 1949-cu ildə neft yataqlarının kəşfindən sonra inşa edilən bu kompleksdə bir zamanlar 2000 nəfərə yaxın işçi çalışıb.
Qeyd olunub ki, burada metal pilləkənlər, yollar, məktəblər və parklar var. SSRİ dövründə sənaye sahəsində uğurun simvolu olan Neft Daşlarında hazırda da neft çıxarılır, lakin köhnə infrastrukturu ilə tarixi əhəmiyyət daşıyır.
Dünyada analoqu olmayan bu şəhər Azərbaycanın neft sənayesindəki qəhrəmanlıq səhifələrindən biri kimi qalmaqdadır.
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub
Qusarda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib