22 aprel 2025 20:34
105

Nazirlər Kabinetində təhsil, səhiyyə, mədəniyyət sahələrinin cari vəziyyəti ilə  bağlı müşavirə keçirilib  

Naxçıvan Muxtar Respublikasının Baş naziri  Ceyhun Cəlilovun sədrliyi ilə təhsil, səhiyyə, mədəniyyət sistemi üzrə fəaliyyətin cari vəziyyəti ilə bağlı videoformatında müşavirə keçirilib.   

“İki sahil” xəbər verir ki, müşavirədə aidiyyəti sahələr üzrə müvafiq icra qurumlarının rəhbərlərinin çıxışları dinlənilmiş, təşkilatların ölkənin analoji qurumlarına inteqrasiyası, elektron informasiya sistemlərinin vahid bazada birləşdirilməsi, bilik və təcrübə mübadiləsi üzrə əməkdaşlığın artırılması, keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi, vətəndaşlara göstərilən dövlət xidmətlərin pasportlaşdırılması, elektronlaşması, avtomatlaşması və keyfiyyətinin yüksəldilməsi, təşkilati-struktur islahatlarının davam etdirilməsi, xüsusilə inzibati işlərin mərkəzləşdirilmiş qaydada təşkili, büdcə planlaşdırılmasının müəyyən edilmiş və əsaslandırılmış ehtiyaclar əsasında aparılması, aktiv və öhdəliklərin inventarizasiyası, habelə maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi, müvafiq sistemlər üzrə rəqəmsallaşdırmanın tətbiqinin sürətləndirilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi, dövlət investisiya proqramı çərçivəsində, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” layihələrinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış texniki-iqtisadi əsaslandırmalar əsasında müvafiq Layihə İdarəetmə Qrupları tərəfindən icrasının davam etdirilməsi, əlilliyin qiymətləndirilməsi və hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi xidmətlərinin keyfiyyətlə təşkili və ölkə təcrübəsinin tətbiqi, daşınmaz mədəni irsin, arxeoloji abidələrin inventarlaşması, mühafizə zonalarının müəyyən edilməsi, habelə pasportlaşması və xəritələrinin hazırlanması, məlumat bazasının yaradılması, mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması və digər aidiyyəti sahələr üzrə işlərin təşkilinə dair müzakirələr aparılmış, son göstəricilər nəzərdən keçirilmişdir.

Müşavirənin yekununda Baş nazir qeyd olunan istiqamətlər üzrə göstəricilərin artırılması məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermiş, sözügedən sahələr üzrə işlərin keyfiyyətlə icrasının zəruriliyini bildirmişdir.