Zaqatalanın mərkəzində üç avtomobil toqquşub.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Şəhər ərazisində “Mercedes” markalı avtomobili əvvəlcə sərnişin daşıyan “Mercedes-Vito”, daha sonra “BMW” ilə toqquşub.
Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı Polis Şöbəsində araşdırma başlanılıb.
AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri kollektivə təqdim edildi
ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib FOTOLAR