Azərbaycanda banklararası bazar hazırda kifayət qədər aktiv deyil.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin səbəbi bankların öz müştərilərinin tələb və təkliflərini birbaşa ödəməsi ilə bağlıdır:
“2023-cü ildə banklararası bazar daha aktiv idi. Hazırda isə vəziyyət fərqlidir. Digər maliyyə bazarları, xüsusilə birjalar daha aktiv fəaliyyət göstərir. Bu da gözləniləndir. Çünki valyuta bazarında tələbin 30-35 %-i Azərbaycan Dövlət Neft Fondu tərəfindən qarşılanır. Banklar isə əsasən yalnız öz müştərilərinin tələblərini ödəyirlər”.
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub
Qusarda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib