23 aprel 2025 20:11
158

Qubada 60-dan artıq kənd və yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi birtərəfli kəsilib - VİDEO/FOTO

Qubada körpünün qəzalı vəziyyətə düşməsi səbəbindən 60-dan artıq kənd və yaşayış məntəqəsinin rayon mərkəzi ilə avtomobil əlaqəsi birtərəfli kəsilib 

"İki sahil"in Şimal bürosundan verilən məlumata görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun yeddinci kilometrliyində yerləşən körpü qəzalı vəziyyətə düşüb. Nəticədə, 60-dan artıq kənd və yaşayış məntəqəsi ilə avtomobil əlaqəsi kəsilib. Rayon mərkəzi ilə avtomobil əlaqəsi yalnız Pirvahid kəndindən Quba-Bakı avtomobil yolundan gəlməklə mümkündür. 

Hazırda, əraziyə Rayon Fövqəladə Hallar Komissiyasının sədri və üzvləri və digər aidiyyəti orqanların əməkdaşları gəlib. 

Qeyd edək ki, həmin ərazidə əlli mindən artıq əhali yaşayır.

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün