23 aprel 2025 23:23
98

İran nüvə silahı əldə etməyəcək - Marko Rubio

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım olan istənilən vasitədən istifadə etmək hüququnu özündə saxlayır, lakin o, sülhə üstünlük verəcək.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “The Free Press”ə müsahibəsində deyib.

Dövlət katibinin sözlərinə görə, ABŞ hərbi gücə əl atmamağa və hər şeyi diplomatik yollarla həll etməyə üstünlük verəcək.

“Biz müharibə istəmirik, Tramp müharibələrə başlamaq üçün kampaniya aparan prezident deyil. Özünün də açıq şəkildə dediyi kimi, İran nüvə silahı əldə etməyəcək və bunun qarşısını almaq üçün bütün hüquqlarını özündə saxlayır, lakin o, bunun baş verməməsinə üstünlük verər”.