24 aprel 2025 14:17
122

Ukraynanın hərbi sənaye kompleksinin obyektləri ağır hücumlara məruz qalıb

Ukraynanın hərbi sənaye kompleksinin obyektləri xüsusi hərbi əməliyyatlar başlayandan sonra  ən ağır hücumlardan birinə məruz qalıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "War Gonzo" Telegram kanalı məlumat yayıb.

"Kiyev bu gecə havadan və yerdən ən böyük raket hücumlarından birinə məruz qalıb. 10-a yaxın ballistik raket atışı qeydə alınıb”.

İddia edilir ki, qanadlı raketlərin sayı da onlarla olub.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə kütləvi zərbələr endirildiyini təsdiqləyib.