Aprelin 24-də YAP Masallı rayon təşkilatı Masallı Tarix-Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə “Xilaskar Ordunun Müzəffər Ali Baş Komandanı” mövzusunda qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ordu sahəsində ən böyük uğurlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi sayəsində, beynəlxalq arenada da haqlı səsimiz ucaldı. Dünyaya sübut etdik ki, Azərbaycan haqqı, ədaləti və beynəlxalq hüququ bərpa etmək gücündədir.
Təşkilat sədri qeyd etdi ki, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək düşməni məğlub etdi və ərazi bütövlüyümüz bərpa olundu. Dövlət-Ordu-Xalq birliyi Azərbaycanın hərbi və siyasi qələbəsini təmin etdi və regionda yeni bir dövrün başlanğıcını qoydu. "Müzəffər Ali Baş Komandan - Xalq-Ordu birliyi" ifadəsi Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordunun və xalqın birlik və həmrəyliyini vurğulayır. Bu Zəfər, eyni zamanda gələcəyə ümid və inamımızı daha da möhkəmləndirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi deyən Seyfəddin Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoyaraq Zəfər qazandı deyə qeyd etdi.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə tağıyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, “Qarabağ və 3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif olunmuş Nazim Cəfərzadə, Vətən müharibəsi iştirakçısı Ülvi Sərdarlı və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.