Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb.
"İki sahil" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.
İmzalanma mərasimi "Azərkosmos"un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC çərçivəsində "Azərkosmos" 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.
Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədilər.
Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.
TİF, Kapital Bank və Visa Azərbaycan nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 8 %-ə yaxın artırıb