Bu il sonunadək "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Azərbaycan ərazisində dəmir yollarının elektrikləşdirilməsi prosesini tam bitirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"da çıxış edərkən "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda ADY elektrikleşdirilmanin başa çatdırılması üzərində çalışır.
"Biz dəyişən cərəyanla işləyən lokomotivlərdən istifadə etməyə imkan verəcək yolun elektrikləşdirilməsini başa çatdırmaq üzərində fəal işləyirik. Bu gün biz onlardan qismən istifadə edirik, lakin elektrikləşdirmə və siqnalizasiya sisteminin quraşdırılması tam başa çatan kimi artıq balansımızda olan və istismara hazır olan lokomotivlərdən də tam istifadə edə biləcəyik", - Emil Məmmədov qeyd edib.
Prezidentin köməkçisi: Dövlət proqramı aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir
Zeynal Nağdəliyev: Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq