24 aprel 2025 17:32
108

Dünyanın məşhur səyyahları Ağdamda

“NomadMania” səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Şuşa və Xankəndidən sonra Ağdam şəhərinə gəliblər.

“İki sahil” xəbər verir ki,  xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, Ağdam qəbiristanlığı ilə, eləcə də şəhər işğaldan azad olunduqdan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.