24 aprel 2025 19:43
98

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

“Xilasedicilər Svyatoşinski rayonunda dağıntılar altından daha iki cəsədi çıxarıblar. Hazırda 12 ölü var. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər”, - o, sosial şəbəkədə yazıb.