Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası sosial şəbəkələrdə qondarma “erməni soyqırımı”na həsr olunmuş paylaşımdan “soyqırımı” sözünü çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd edək ki, missiya əvvəlcə “X” sosial şəbəkəsində “soyqırımı” sözünün işlədildiyi paylaşım edib, lakin bir neçə saat sonra bu ifadəni silərək, onu “1915-1923-cü illər qurbanlarının xatirəsi” ilə əvəzləyib.