Cari ilin 1 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərov ilə görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutacaq görüşdə caz ifaçılığı sənətinin tədrisi, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq.
Müxtəlif caz musiqisi kompozisiyaları təqdim olunacaq.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub