25 aprel 2025 12:39
159

Daha bir BOKT-a verilmiş lisenziya ləğv olunub

“Premier Kredit” MMC bank olmayan kredit təşkilatına verilmiş lisenziya ləğv olunub.

Mərkəzi Bankdan "İki sahil"ə bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.