Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Qarabağ Universitetinin tələbə-gəncləri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu Zəfər ruhunun sözə, musiqiyə, sənətə çevrildiyi məkanda - Qarabağ Universitetində uğurla başa çatıb.
“İki sahil” xəbər verir ki, Seçim turunda iştirak edən tələbələr münsiflər heyəti tərəfindən bədii-estetik dəyərlər, səhnə mədəniyyəti və yaradıcı yanaşma meyarlar əsasında qiymətləndirilib. Festivalın əsas məqsədi gənc nəslin bədii yaradıcılığa marağını artırmaq, onların mədəni potensialını dəstəkləmək və Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ etməkdir.
Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə-festivalının final mərhələsi 16 may tarixində Heydər Əliyev Sarayında keçiriləcəkdir.