Ermənistanda revanşist meyillərin hələ də olması ciddi narahatlıq doğurur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan ciddi şəkildə silahlandırılır:
“İki gün əvvəl Ermənistanda kütləvi yürüş zamanı Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu çağırışlar edilib. Bənzər hadisə dünən Fransada da qeydə alınıb. Digər ölkələrin dövlət rəmzlərinin təhqir olunması cinayət əməlidir. Tərəflər bunu bilməlidir”.
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya