Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya Prezidenti Vladimir Putin Kremldə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir", - o bildirib.
Görüşün əvvəlində Putin və Uitkoff Kremldə bir-birlərini ingilis dilində salamlayırlar
Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də görüşdə iştirak edirlər.