Azərbaycan ATƏT-in minatəmizləmə, kibertəhlükəsizlik sahəsində bacarıqların artırılmasındakı təcrübəsindən faydalanmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kommunikasiya layihələri də ATƏT-lə Azərbaycan arasında birgə maraq dairəsindədir:
“Baş katib bu gün Bakı Limanına səfər edib, orada limanın genişləndirilməsi planları ilə tanış olub. Bütün bu işlər 2022-ci ildə Azərbaycanla ATƏT arasında imzalanmış əməkdaşlıq proqramı əsasında həyata keçirilə bilər”.
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb, 2027-ci il sammitinə hazırlıqlar müzakirə olunub
Rəsmi Bakının xarici siyasəti: Müstəqil, çoxvektorlu, milli maraqlara söykənən strategiya